Amputant futbolu üzrə Millətlər Liqası başa çatdı: Azərbaycan qrup üçüncüsü olub - FOTO

Xəbərlər
19 Oktyabr 2025 21:09
39
Amputant futbolu üzrə Millətlər Liqası başa çatdı: Azərbaycan qrup üçüncüsü olub - FOTO

Azərbaycanda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.

İdman.Biz xəbər verir ki, Bayıl arenada təşkil olunan turnirin son matçında Azərbaycanla Ukrayna yığmaları üz-üzə gəliblər.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan millisi 7 xalla qrup üçüncüsü olub. 9 xala malik Ukrayna birinci pilləni tutaraq B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Niderland isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Xalsız olan Belçika seçməsi sonuncu olaraq D qrupuna yuvarlanıb.

İdman.Biz