Tedesko ayrılığa qəti veto qoydu

Xəbərlər
19 Yanvar 2026 00:45
40
Tedesko ayrılığa qəti veto qoydu

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko “Alanyaspor” üzərində 3:2 hesablı qələbədən sonra mətbuat konfransında açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis Anderson Taliskanın komandada qalmasının vacibliyini xüsusi vurğulayıb və onun mümkün ayrılığına açıq şəkildə veto qoyub.

“Taliska bizimlə qalmalıdır, qalması lazımdır. Bu gün çox fədakar oynadı. Sol ayaqlı belə bir futbolçu tapmaq çox çətindir. O, əslində 10 nömrədir, amma doqquz nömrə mövqeyində də həm geri çəkilməyi, həm də arxaya qaçışları çox yaxşı bacarır. İki qol vurdu. Bu xüsusiyyətlərə malik oyunçu tapmaq asan deyil. Düşünürəm ki, Taliska qalacaq. Bu, sadəcə zaman məsələsidir. Klub prosesi idarə edir. Mənim üçün hər şey çox aydındır, onun qalması çox önəmlidir”, - deyə Tedesko bildirib.

Baş məşqçi gənc futbolçu Yiğit Efe Demir barədə də müsbət fikirlər səsləndirib:

“İlk hissədə ön pressinq edə bilmədik, ikinci hissədə isə bunu bacardıq. Yiğit Efenin oyuna daxil olması müdafiədə bizə çox kömək etdi. Onun kimi oyunçunun komandamızda olması bizi sevindirir. O, “Fənərbağça”nın gələcəyidir”.

İdman.Biz