Almaniya Bundesliqasının 7-ci turunda “Frayburq” Frankfurt “Ayntraxt”ı ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Oyunun 2-ci dəqiqəsində Derri Şerhant meydan sahiblərini önə çıxarıb. 18-ci dəqiqədə Conatan Burkardt hesabı bərabərləşdirib, 38-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. 88-ci dəqiqədə Vinçenso Qrifo “Frayburq” üçün xilasedici qolu vuraraq hesabı yenidən bərabərləşdirib.
Qeyd edək ki, “Frayburq” 9 xalla turnir cədvəlində 9-cu, “Ayntraxt” isə 10 xalla 7-ci pillədə qərarlaşıb.