Valdas Dambrauskas: "Layiqli qələbə qazandıq"

Xəbərlər
19 Oktyabr 2025 19:10
31
Valdas Dambrauskas: "Layiqli qələbə qazandıq"

"Sabah" ailəsini, rəhbərliyi, oyunçularımızı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün layiq olduğumuz qələbə əldə etdik".

İdman.Biz xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 8-ci turunun "Zirə"(3:0) ilə oyunundan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis əlavə edib ki, oyuna çox yaxşı hazırlaşıblar: "Zirə"ni yaxşı təhlil etmişdik. Oyunboyu daha çox inamlı çıxış edən tərəf biz idik. Verdiyimiz tapşırıqları oyunçularım mükəmməl şəkildə icra etdilər. Birinci hissədə böyük üstünlük bizdə idi. "Zirə"yə böyük hörmətimiz var. "Zirə" Azərbaycanda məşqçi işi ən yaxşı olan komandalardan biridir. Amma qələbəyə layiq tərəf biz idik. Rəqibin qapı çərçivəsinə bir zərbə vurmasına da imkan vermədik. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq və onları əks-hücumda tutacağıq. Bu da yaxşı işlədi və üçüncü qolu vurduq. Qalibiyyətdə oyunçularımın əməyi böyükdür. "Sabah"ın öz kimliyini yaratmalıyıq. Bu qələbəni təsvir etməyə sözlərim yetmir. Dörd oyunçumuz bu matçda oynamırdı. Amma bu gün şans qazanan cavan oyunçular çox yaxşı performans göstərdilər. Dünyanın ən xoşbəxt məşqçisiyəm, çünki onların necə inkişaf etdiyini görürəm".

O, əksər oyunların birinci hissəsindən sonra paltardəyişmə otağına getməsinin səbəbini də açıqlayıb: "Bizdə videoanaliz edən məşqçimiz var və o, tribunada olur. Oyun ərzində nələr baş verirsə, onu göstərmək üçün bura gəlir. Daha çox vaxt qazanmaq üçün ora gedirəm və seçim edək. Futbolçulara da göstərirəm ki, hansı detallar üzərində inkişaf etdirə bilərik".

İdman.Biz