“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 8-ci turunda “Mançester Yunayted”lə keçiriləcək oyundan əvvəl fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis millətlərarası fasilədən sonra komandanın heyətinin yaxşı formada olduğuna ümid etdiyini açıqlayıb: "Ardıcıl üç məğlubiyyət “Liverpul” üçün qəbul ediləsi bir vəziyyət deyil və bu günkü rəqiblərimiz təbii ki, bizə güzəştə getməyəcək”.
O, klublar arasındakı hörmətin əhəmiyyətini vurğulayıb: “Rəqabət haqqında çox vaxt uğur prizmasından danışırlar və bu düzgündür, amma qarşılıqlı hörməti unutmaq olar. Keçən mövsüm biz “Mançester Yunayted”lə çempion titulunun sayına görə bərabərləşdik, buna görə hər oyun çox gərgin olacaq”.
Slot azarkeşlərə də müraciət edib: “Sizin səsiniz, ehtirasınız və dəstəyiniz çox önəmlidir. Stadionda biz nə qədər çox olsaq, bir o qədər yaxşı olacaq”.
Qeyd edək ki, matç bu gün saat 19:30-da “Enfild” stadionunda baş tutacaq. Yeddi turdan sonra “Liverpul” 15 xalla 3-cü pillədə, “Mançester Yunayted” isə 10 xalla 11-ci pillədədir.