Argentina ulduzu Lionel Messi MLS-in (ABŞ futbol liqası) müntəzəm mövsümündə ən çox qol vuran futbolçu kimi “İnter Mayami”nin əsas qəhrəmanına çevrilib.
İdman.biz xəbər verir ki, son turda komandanın səfərdə “Neşvill” üzərində 5:2 hesablı qələbə qazandığı matçda Messi hettrik edib.
Bu nəticə sayəsində o, mövsümü 29 qolla başa vuraraq MLS-in bombardiri adını qazanıb. 24 qolla “Los-Anceles”dən Denis Buanqa və “Neşvill”dən Sem Serric ikinci yeri bölüşür.
Qeyd edək ki, Buanqanın “Kolorado Rəpids”lə oyunda göstəricisini artırmaq imkanı var.
Bundan əlavə, Messi 19 qol ötürməsi ilə liqanı asist sayında da zirvədə tamamlayıb. Onu 18 məhsuldar ötürmə ilə “San-Dieqo”nun yarımmüdafiəçisi Anders Dreyer izləyir və o, “Portlend Timbers”lə qarşılaşmada argentinalını yaxalamaq şansına malikdir.