Səkkiz il əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk xalını qazanaraq tarixi uğura imza atıb.
İdman.Biz xatırladır ki, 2017-ci il oktyabrın 18-də Qurban Qurbanovun komandası qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakıda Madrid “Atletiko”su ilə 0:0 hesablı heç-heçə edib.
Ağdam təmsilçisi qarşılaşmanın sonunu azlıqda keçirib - 75-ci dəqiqədə ikinci sarı vərəqə alan Dino Ndlovu meydandan qovulub.
Xatırladaq ki, həmin mövsüm “Qarabağ”a ispaniyalı rəqiblə yanaşı, Londonun “Çelsi” və İtaliyanın “Roma” klubları da rəqib olmuşdu. Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsindəki debütündə iki xal toplayıb və hər iki xalı “Atletiko” ilə görüşlərdə qazanıb. Bakıda qeydə alınan heç-heçədən sonra komandalar Madriddə də 1:1 hesabı ilə bərabər oynayıblar. Həmin görüşdə “Qarabağ”ın heyətində ispan futbolçu Miçel Madeyra 40-cı dəqiqədə fərqlənmişdi.
Qeyd edək ki, o mövsümdə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə iştirak edən heyətindən hazırda komandada yalnız iki futbolçu qalır - Bədavi Hüseynov və Ramil Şeydayev qalır. Əlavə edək ki, o zaman ehtiyatda olan Ramil bu mövsüm Çempionlar Liqasında adı sifariş ərizəsinə salınmayıb. Ramil komandaya bu ilin 18 sentyabrında qayıdıb.
Səkkiz ildən sonra “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə maksimum inamla başlayıb. Komanda iki turdan sonra altı xal toplayaraq “Benfika” (3:2) və “Kopenhagen” (2:0) üzərində qələbələr qazanıb.
Ağdam klubu Çempionlar Liqasının 2025/26 mövsümünün qrup mərhələsinin üçüncü turunda oktyabrın 22-də səfərdə İspaniyanın “Atletik Bilbao” komandası ilə qarşılaşacaq.
Teymur Tuşiyev