Rəşad Sadıqov “Sabah”la matçda yeddi futbolçunun xidmətindən məhrumdur

Xəbərlər
16 Oktyabr 2025 16:34
41
Rəşad Sadıqov “Sabah”la matçda yeddi futbolçunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının səkkizinci turunda “Sabah”ın qonağı olacaq “Zirə” meydana itki ilə çıxacaq.

Bunu fanat.az-a açıqlamasında “qartallar”ın sözçüsü Elmar Abdullazadə deyib:

“Ayron Qomis cəzalı durumdadır. Abdul Aziz Batibiye ilə Vinsent Tillin olmayacaqları öncədən bəllidirsə, İssa Cibrila, Ceyhun Nuriyev, Davit Volkov və İsmayıl İbrahimli də zədə səbəbindən “Sabah”a qarşı matçda iştirak etməyəcəklər”.

Qeyd edək ki, “Sabah” - “Zirə” matçı oktyabrın 19-da keçiriləcək. Matçın start fiti 16:00-da səsləndiriləcək.

İdman.Biz