“Qara pantera” işini itirdi

Xəbərlər
16 Oktyabr 2025 15:09
41
“Qara pantera” işini itirdi

Niderlandlı mütəxəssis Patrik Klüyvert İndoneziya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyublar. Klüyvert İndoneziya yığmasına 2025-ci ilin fevralından rəhbərlik edirdi.

Ötən həftə komanda dünya çempionatı 2026-nın seçmə mərhələsində İraq millisinə 0:1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İndoneziya yığması mundiala vəsiqə qazanmaq şansını itirib.

Məlumat üçün əlavə edək ki, Patrik Klüyvert futbolçu olduğu dövrdə sürəti, çevikliyi və yüksək qol duyumuna görə seçildiyindən ona futbolsevər tərəfindən “Qara pantera” ləqəbi alıb.

İdman.Biz