AFFA rəsmisi UEFA-dan hakim təyinatı alıb

Xəbərlər
16 Oktyabr 2025 11:52
43
AFFA rəsmisi UEFA-dan hakim təyinatı alıb

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Bu barədə İdman.Biz-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

O, UEFA Konfrans Liqasının Liqa mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda gerçəkləşəcək.

İdman.Biz