FİNAL: Argentina Fransanı kənarlaşdıran Mərakeşlə qarşılaşacaq

Xəbərlər
16 Oktyabr 2025 09:58
39
FİNAL: Argentina Fransanı kənarlaşdıran Mərakeşlə qarşılaşacaq

Argentina U-20 milli komandası dünya çempionatının yarımfinalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oyunda hesab 72-ci dəqiqədə açılıb.

Matçın yeganə qolunu “İnter Mayami”nin hücumçusu Mateo Silvetti vurub.

79-cu dəqiqədə kolumbiyalı yarımmüdafiəçi Con Renteriya ikinci sarı vərəqə alaraq meydandan qovulub və komandası azlıqda qalıb.

Beləliklə, Argentina finalda Mərakeş yığması ilə qarşılaşacaq. Afrika təmsilçisi yarımfinalda Fransanı penaltilərlə (1:1, pen. — 4:3) məğlub edib.

İdman.Biz