Misli Premyer Liqasında X turun OYUN CƏDVƏLİ

Xəbərlər
15 Oktyabr 2025 15:32
36
Misli  Premyer Liqasında X turun OYUN CƏDVƏLİ

Misli Premyer Liqasında X turun oyun cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Turun qarşılaşmaları dörd gün əhatə edəcək. İlk oyun Qubada “İmişli” ilə “Qarabağ” arasında keçiriləcək. Tur “Sabah” – “Qəbələ” matçı ilə yekunlaşacaq.

Misli Premyer Liqası
I dövrə, X tur
31 oktyabr

14:00. İmişliQarabağ
Quba OİK stadionu

1 noyabr
14:00. “Karvan-Yevlax” – “Zirə”
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” – “Kəpəz”
"Palms Sports Arena"

2 noyabr
16:00. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

3 noyabr
19:30. “Sabah” – “Qəbələ”

"Bank Respublika Arena"

İdman.Biz