Misli Premyer Liqasında XII turunun oyun cədvəli açıqlandı

Xəbərlər
15 Oktyabr 2025 16:36
39
Misli Premyer Liqasında XII turunun oyun cədvəli açıqlandı

Misli Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Turun qarşılaşmaları üç gün əhatə edəcək. İlk oyun Şamaxıda “Karvan-Yevlax” ilə “Kəpəz” arasında keçiriləcək. Tur “Neftçi” – “İmişli” matçı ilə yekunlaşacaq.

21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz”

Şamaxı şəhər stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

17:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı”

“Bank Respublika Arena”

17:30. “Neftçi” – “İmişli”
“Palms Sports Arena”

İdman.Biz