“Neftçi”nin Abubakar “sevdası” baş tutmadı

Xəbərlər
15 Oktyabr 2025 09:45
40
“Neftçi”nin Abubakar “sevdası” baş tutmadı

Kamerun millisinin hücumçusu Vensan Abubakarın “Neftçi”yə keçidi baş tutmayacaq.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun çox maaş tələb etməsi mane olub.

Beləliklə, tərəflər arasındakı danışıqlar dayandırılıb.

“Neftçi” ötən aydan Abubakarla danışıqlar aparıb.

Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı “Hatayspor” (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, yeddi qol vurub və iki qolun ötürməsini edib.

İdman.Biz