Argentinalı futbol ulduzu Lionel Messi yeniyetmə komandalar arasında “Messi Cup”(“Messi Kuboku") adlı turnir təsis edib.
İdman.Biz xəbər verir ki, o bu barədə özünün “Instagram” səhifəsində məlumat verib.
38 yaşlı Messi bildirib ki, “Messi Cup” dünyada güclü akademiyaları və klubları bir araya gətirəcək, gələcək nəslin futbol ulduzlarını ortaya çıxaracaq.
Qeyd olunur ki, Turnir ABŞ-nin Florida ştatının Mayami şəhərində 9-14 dekabr tarixləri aralığında keçiriləcək.
Futbolçunun bildirdiyinə görə, turnirdə “River Pleyt” və "Nyu Old Boys" (hər ikisi Argentina), ABŞ-dən “İnter Mayami”, İspaniyadan “Barselona” və “Atletiko", İngiltərədən "Çelsi” və "Mançester Siti”, İtaliyadan isə “İnter” klubunun yeniyetmələri iştirak edəcəklər.