“Oyun yaxşı keçdi, ilk hissədə imkanlarımızı dəyərləndirə bilmədik”.
Bu sözləri Ruslan Malinovski CBC Sport-a açıqlamasında deyib.
Ukrayna millisinin futbolçusu Azərbaycanla oyunu dəyərləndirib: “Azərbaycan oyundan qopmadı və 90 dəqiqə mübarizə apardı. Hər iki komanda çətin görüşdən gəlmişdi, buna baxmayaraq, biz qələbəyə layiq idik. Azərbaycan isə yaxşı xarakter göstərdi”.
O, həmçinin vurğulayıb ki, Azərbaycan yığmasının kapitanı Emin Mahmudov ona ən çox çətinlik yaradan futbolçu olub: "O, çox ağıllı və keyfiyyətli oynayırdı”.
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.