Qazaxıstanın “Kayrat” klubunun rəhbərliyinin Çempionlar Liqası oyunlarına müəyyən etdiyi yüksək bilet qiymətləri azarkeşlərin narazılığına səbəb olub.
İdman.Biz xəbər verir ki, yerli azarkeşlər klubun son qiymət siyasətini ədalətsiz hesab edir. Onların fikrincə, yüksək məbləğ yalnız “Real Madrid” kimi böyük rəqiblərlə oyunlar üçün əsaslı sayıla bilər, lakin “Pafos”(Kipr klubu) kimi komandaya qarşı matçda bu qiymətlərin tətbiqi məntiqsizdir.
Belə ki, “Kayrat”ın qarşıdakı avrokubok matçı üçün biletlərin qiyməti minimum 30 min(təxminən 94 manat), maksimum isə 250 min tenqe(təxminən 791 manat) müəyyən edib.
Qeyd olunur ki, bir çox azarkeşlər sadə insanlardır və iki saatlıq qarşılaşma üçün bu qədər pul ödəmək imkanı yoxdur.
“Bəli, futbol biznesdir, amma o, ilk növbədə xalq üçün bayram qalmalıdır”, – deyə yerli fanatlar bildiriblər.
Fanatar xatırladırlar ki, adi çempionat oyunlarında, o cümlədən “Astana” və “Şaxtyor”la matçlarda biletlər cəmi 2 min tenqədən satılırdı.
Artıq bir qrup azarkeş bilet bahalığına etiraz olaraq matça boykot elan edib. Fanatlar ümid edirlər ki, klub rəhbərliyi bu addımı ilə bağlı ictimai narazılığı eşidəcək və futbolun kim üçün oynandığını unutmamalıdır.