PFL nümayəndəsi İtaliya klubunun Avropa Liqası oyununda fəaliyyət göstərəcək

Xəbərlər
13 Oktyabr 2025 17:40
32
PFL nümayəndəsi İtaliya klubunun Avropa Liqası oyununda fəaliyyət göstərəcək

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

İdman.Biz PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində keçiriləcək FCSB (Rumıniya) - “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.

İdman.Biz