Azərbaycanın qadın FIFA referisi seçmə mərhələnin üç oyununa təyinat alıb

Xəbərlər
13 Oktyabr 2025 16:46
37
Azərbaycanın qadın FIFA referisi seçmə mərhələnin üç oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

İdman.Biz AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək üç oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

İdman.Biz