Erlinq Haland Norveç millisinin düşərgəsini tərk etdi

Xəbərlər
13 Oktyabr 2025 18:19
44
Erlinq Haland Norveç millisinin düşərgəsini tərk etdi

Norveç millisinin hücumçusu Erlinq Haland Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, Norveç millisinin məşqçilər korpusu hücumçunun sıx oyun qrafiki nəzərə alınaraq onun düşərgədən ayrılmasına icazə verib.

Qeyd edək ki, Norveç millisi iki gün əvvəl DÇ-2026-nın seçmə mərhələsində İsrailə qarşı 5:0 hesablı qələbə qazanıb. Həmin oyunda Haland het-trik edib.

Norveç və Yeni Zelandiya arasında yoldaşlıq görüşü sabah Osloda baş tutacaq.

İdman.Biz

Məqalədə: