İspaniyanın “Barselona” klubu yenilənmiş “Kamp Nou” stadionunun yeni görüntüləri yayılıb.
İdman.Biz xəbər verir ki, Kataloniya klubunun rəsmi sosial şəbəkə hesabında yayılan videoda “Kamp Nou” stadionunun yenidənqurma işlərindən sonra demək olar ki, tam hazır vəziyyətə gətirildiyi əks olunub.
“Barselona” 18 oktyabrda La Liqa-da “Jirona” ilə qarşılaşmanı məhz yenilənmiş arenada keçirməyi planlaşdırırdı. Lakin Barselona şəhər rəhbərliyi təhlükəsizlik və infrastrukturla bağlı bəzi texniki məsələlər tam həllini tapmadığı üçün klubun müraciətinə müsbət cavab verməyib.
Qeyd edək ki, Kataloniya təmsilçisi yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirir.