Millimizin Ukrayna ilə oyun öncəsi İTKİLƏRİ

Xəbərlər
13 Oktyabr 2025 00:41
38
Millimizin Ukrayna ilə oyun öncəsi İTKİLƏRİ

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 4-cü turunda Ukrayna ilə qarşılaşma öncəsi komandanın heyət durumu barədə fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Abbasov artıq qarşıdakı matç üçün heyətin müəyyənləşdiyini bildirib:

“İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk görüşdə olduğu kimi, bu dəfə də komandada olmayacaq. İsmayıl Fransadakı məşq zamanı yüngül zədə alıb, Ceyhun isə xəstədir. Bundan əlavə, Renat Dadaşov də hələ tam hazır olmadığı üçün iştirak etməyəcək”.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov artıq yığmanın düşərgəsini tərk edib.
İlk “23-lüy”ə salınmayan futbolçu Polşadakı hazırlıqlardan erkən ayrılıb. Onun da xəstə olduğu deyilir.

Oyun bu gün Polşanın Krakov şəhərində keçiriləcək.

İdman.Biz