“Barselona” Raşfordu 35 milyon avroya transfer etmək istəyir

Xəbərlər
12 Oktyabr 2025 16:31
33
“Barselona” Raşfordu 35 milyon avroya transfer etmək istəyir

“Barselona” rəhbərliyi “Mançester Yunayted”dən icarəyə götürdüyü hücumçu Markus Raşfordun müqaviləsini tam şəkildə almağa hazırdır.

İdman.biz “The Sun”a istinadən xəbər verir ki, katalon klubu ingilis futbolçunun çıxışından razıdır və transfer məbləğini sərfəli hesab edir.

Razılaşmaya əsasən, “Barselona” “Mançester Yunayted”ə 29 milyon avro sabit ödəniş, əlavə olaraq isə 6 milyon avro bonus verəcək. Əvvəlcə klub rəhbərliyi Raşfordun icarəyə götürülməsi qərarına şübhə ilə yanaşsa da, onun sabit çıxışları fikri dəyişib və daimi transfer qərarını dəstəkləyib.

Qeyd edək ki, cari mövsümdə 27 yaşlı hücumçu “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 10 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt məlumatına əsasən, futbolçunun dəyəri 40 milyon avrodur.

İdman.Biz