“Arsenal” Ukrayna millisinin futbolçusu ilə yollarını ayıra bilər

Xəbərlər
12 Oktyabr 2025 16:13
28
“Arsenal” Ukrayna millisinin futbolçusu ilə yollarını ayıra bilər

“Arsenal” klubu 2026-cı ilin yanvarında üç futbolçusunu satmağı planlaşdırır.

İdman.Biz "TBR Football"a istinadən xəbər verir ki, söhbət hücumçular Qabriel Jezus və Leandro Trossard, eləcə də Ukrayna millisinin müdafiəçisi Aleksandr Zinçenkodan gedir.

Məlumata görə, hazırda “Nottingem Forest”də icarə əsasında çıxış edən Zinçenko mövsümün sonuna qədər müqaviləsi olsa da, qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Bundan başqa, yaxınlarda maaşı artırılan Trossardın da komandadan ayrılması istisna edilmir. Bildirilir ki, “topçular” oyunçularla tələskən şəkildə vidalaşmaq niyyətində olmasalar da, sərfəli təkliflər gəldiyi halda hər biri ilə bağlı variantları nəzərdən keçirməyə hazırdırlar.

İdman.Biz