Azərbaycan yığması ikinci dəfə Özbəkistanla qarşılaşacaq

Xəbərlər
12 Oktyabr 2025 13:35
44
Azərbaycan yığması ikinci dəfə Özbəkistanla qarşılaşacaq

Azərbaycan U-19 yığması Özbəkistanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası bu gün yenidən Özbəkistanın həmyaşıdları ilə üz-üzə gələcək.

Daşkənddəki “Dostlik” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, oktyabrın 9-da keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

İdman.Biz