Nigeriya millisinin təyyarəsi qəza vəziyyəti yaşayıb

Xəbərlər
12 Oktyabr 2025 15:54
37
Nigeriya millisinin təyyarəsi qəza vəziyyəti yaşayıb

Nigeriya milli komandasının oyunçularını daşıyan təyyarə havaya qalxdan dərhal sonra məcburi eniş edib.

İdman.Biz milli futbol federasiyasına istinadən xəbər verir ki, buna səbəb təyyarənin ön şüşəsində yaranmış çat olub.

Komandanın 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Beninə səfəri zamanı baş verib. Təyyarə 25 dəqiqə sonra geri dönərək aeroporta enib.

Qeyd edək ki, bu səbəbdən Nigeriya – Benin oyunu müvəqqəti olaraq təxirə salınıb.

İdman.Biz