Azərbaycan millisinin baqajı itdi – Ukrayna ilə oyun öncəsi xoşagəlməz hadisə - VİDEO

Xəbərlər
12 Oktyabr 2025 16:49
84
Azərbaycan millisinin baqajı itdi – Ukrayna ilə oyun öncəsi xoşagəlməz hadisə - VİDEO

Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə oyun öncəsi gözlənilməz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Slonka “Telegram” kanalında məlumat yayıb.

Yığma Krakova çatdıqdan sonra komandanın baqajının yolda itməsi məlum olub.

Bu səbəbdən futbolçular qarşıdakı görüş ərəfəsində planlaşdırılan məşqə vaxtında başlaya bilməyiblər. Millinin rəsmiləri itkin çantaların yaxın saatlarda gətiriləcəyinə ümid edirlər.

Qeyd edək ki, Ukrayna yığması iki turdan sonra 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz