Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Dmitri Xomçenovski 2026-cı il dünya çempionatının seçmə mərhələsinin IV turu çərçivəsində keçiriləcək Ukrayna–Azərbaycan oyunu barədə gözləntilərini bölüşüb.
İdman.biz xəbər verir ki, o, Azərbaycanla oyunun asan olmayacağını bildirib.
Xomçenovskinin sözlərinə görə, Azərbaycan millisi artıq hiss edib ki, xal qazana bilərlər: "Məhz buna görə də oyun asan olmayacaq. Komanda ruhunu qorumaq, sürəti düzgün istifadə etmək, cərimə meydançasının kənarından zərbələr vurmaq və mübarizələri qazanmaq vacibdir - mənim fikrimcə, bunlar qələbənin açarı olacaq”.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də Krakovda keçiriləcək.