Avropa çempionu karyerasını bərpa edir

Xəbərlər
18 Yanvar 2026 18:08
52
Avropa çempionu karyerasını bərpa edir

Avropa çempionu Nani karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır.

İdman.Biz “AmanVIBE”yə istinadla xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvü və “Mançester Yunayted”in keçmiş vingeri Nani Qazaxıstanın “Aktobe” klubu ilə bütün şərtlər üzrə razılıq əldə edib.

39 yaşlı futbolçunun yaxın günlərdə “Aktobe”nin təlim-məşq toplanışına qoşulacağı bildirilir. Mənbənin məlumatına əsasən, portuqaliyalı hücumçu ilə imzalanacaq müqavilə bir illik olacaq.

Naninin maaşı Qazaxıstan Premyer Liqasının tarixində ən yüksək göstərici kimi qeydə alınacaq. Bu amil transferi liqa üçün xüsusi diqqətçəkən edir.

Xatırladaq ki, Nani 2007-2015-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. O, bu müddətdə dörd dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqasının qalibi adını qazanıb. Portuqaliya millisi ilə isə 2016-cı ildə Avropa Çempionatının qalibi olub.

Nani peşəkar karyerasını 2024-cü ilin dekabr aynda bitirdiyini açıqlamışdı.

İdman.Biz