“Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Rauf ötən mövsümü də “Kəpəz”də keçirib. O, ötən mövsüm çempionatda 27 matça çıxıb, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.