Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

Xəbərlər
10 Oktyabr 2025 09:33
55
Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Hər iki oyun saat 14:00-da start götürəcək.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
10 oktyabr

14:00. “Göygöl” – “Şəmkir”

Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, dünən gerçəkləşən görüşlərdə “Ağstafa Gəncləri” “Şirvan”ı (1:0), “Qaradağ Lökbatan” “Ağdaş”ı (8:0), “Sheki City” “Araz-Saatlı”nı (3:2), “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı (3:2) məğlub edərək Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yüksəliblər.

İdman.Biz