Çempionlar Liqasında dəyişiklik olmayacaq

Xəbərlər
10 Oktyabr 2025 12:55
36
Çempionlar Liqasında dəyişiklik olmayacaq

Çempionlar Liqasının formatında dəyişiklik olmayacaq.

İdman.Biz xəbər verir ki, bu qərar UEFA nümayəndələrinin “A22 Sports” şirkətinin menecerləri ilə görüşü zamanı verilib.

“A22” şirkəti 96 klubdan ibarət geniş Superliqa layihəsini təklif edib. Bu liqada komandalar qruplara bölünəcək və səviyyələr üzrə yüksəliş-eniş sistemi tətbiq olunacaq.

Qeyd edək ki, ilkin Superliqa layihəsi 2021-ci ildə təqdim edilib, lakin futbol ictimaiyyətinin mənfi reaksiyasından sonra dayandırılıb. Başlanğıcda 12 komanda layihəni dəstəkləyəcəyini açıqlamışdı. Lakin onlardan doqquzu sonradan müraciətlərini geri götürüb.

Buna baxmayaraq, Superliqa ideyası hələ də gündəmdədir. 2023-cü ildə Avropa İttifaqı Məhkəməsi FİFA-nın və UEFA-nın yeni liqaların yaranmasına mane ola bilməyəcəyinə dair qərar verib.

İdman.Biz