Kilian Mbappe Lamin Yamala dəstək oldu

Xəbərlər
10 Oktyabr 2025 13:43
39
Kilian Mbappe Lamin Yamala dəstək oldu

PSJ və Fransa millisinin ulduzu Kilian Mbappe gənc futbolçu Lamin Yamal barədə danışıb.

İdman.Biz xəbər verir ki, o, Yamalın şəxsi həyatı haqqında çox danışıldığını bildirib.

Fransalı ulduz həmkarının bu yaşda belə bir göstəriciyə malik olmasını yüksək dəyərləndirib: “Onu sakit buraxmaq lazımdır. Futbol sahəsində 18 yaşlı oyunçu böyük istedada malikdir”.

Mbappe əlavə edib ki, Yamalın futbola olan həvəsi onu fərqləndirir və bunu heç vaxt itirməməlidir: “Böyüdükcə isə həyatdakı doğru və yanlışları özü anlayacaq”.

İdman.Biz