“Zirə”nin hücumçusu “Kəpəz”ə keçir

Xəbərlər
10 Oktyabr 2025 09:18
53
“Zirə”nin hücumçusu “Kəpəz”ə keçir

“Zirə”nin hücumçusu karyerasını “Kəpəz”də davam etdirməyə yaxındır.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, bu, “qartallar”ın əvəzedici komandasının 21 yaşlı futbolçusu Şahmar Aşurovdur.

Aşurovun keçidi hələ həllini tapmasa da, bunun yaxın günlərdə reallaşmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, “sarı-göylər” Misli Premyer Liqasında keçirdikləri ilk 7 matçda xal qazana bilməyiblər. Komandanı hazırda Azər Bağırov çalışdırır. O, 6-cı turdan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.

İdman.Biz