Fransa matçı öncəsi milli komandaya diplomatik dəstək - FOTO

Xəbərlər
9 Oktyabr 2025 17:17
45
Fransa matçı öncəsi milli komandaya diplomatik dəstək - FOTO

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.

İdman.Biz xəbər verir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.

Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.

İdman.Biz