Adnan Əhmədzadənin həbsinə görə bu klub ÇƏTİN VƏZİYYƏTDƏ

Xəbərlər
8 Oktyabr 2025 17:55
50
Adnan Əhmədzadənin həbsinə görə bu klub ÇƏTİN VƏZİYYƏTDƏ

Bu mövsüm I Liqanın iddialı klublarından olan “Mingəçevir” maliyyə çətinlikləri ilə üzləşib.

İdman.biz-in sportal.az-a istinadən məlumatına görə, klub rəhbərliyi futbolçuların müqavilə öhdəliklərini yerinə yetirə bilmir.

Çünki, maliyyənin əsas mənbəyi olan iş adamı Adnan Əhmədzadə həbs olunub. Klubun sponsoru ASTA şirkəti olsa da, hazırda dövlət tərəfindən ayrılan aylıq 30 min manat xərcləri qarşılamağa yetmir.

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də A.Əhmədzadə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir.

İdman.biz