“Atletiko” məğlubiyyətsiz seriyasını beş oyuna çatdırdı - VİDEO

Xəbərlər
6 Oktyabr 2025 01:31
30
“Atletiko” məğlubiyyətsiz seriyasını beş oyuna çatdırdı - VİDEO

İspaniya La Liqasının VIII turunda “Atletiko” səfərdə “Selta” ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Matçın 6-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Karl Starfelt topu səhvən öz qapısına göndərib və madridlilər önə keçiblər. “Selta” isə 68-ci dəqiqədə Yaqo Aspasın qolu ilə hesabı bərabərləşdirib.

“Atletiko”nun müdafiəçisi Kleman Lenqlenin 40-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulması qonaqları azlıqda qoyub.

Qeyd edək ki, “Atletiko” bütün turnirlərdə məğlubiyyətsiz seriyasını beş oyuna çatdırıb və 13 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Selta” isə 6 xalla 16-cı yerdə qərarlaşıb.

İdman.biz