"Real Sosyedad" "Rayo Valyekano"ya uduzdu – VİDEO

Xəbərlər
5 Oktyabr 2025 23:40
25
"Real Sosyedad" "Rayo Valyekano"ya uduzdu – VİDEO

La Liqanın 8-ci turunda “Real Sosyedad” doğma meydanında “Rayo Valyekano” ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, matçın yeganə qolunu 84-cü dəqiqədə qonaqların müdafiəçisi Alfonso Espino vurub.

Bu, “Real Sosyedad”ın cari mövsümdə beşinciməğlubiyyəti olub.

Qeyd edək ki, hazırda klub 5 xalla La Liqa cədvəlində 19-cu, yəni sonuncudan bir pillə yuxarıdadır. “Rayo Valyekano” isə 8 xalla 14-cü sırada qərarlaşıb.

İdman.biz