“Aston Villa” “Bernli”yə qalib gəlib, “Vulverhempton” və “Brayton” heç-heçə edib – VİDEO

Xəbərlər
5 Oktyabr 2025 20:36
89
“Aston Villa” “Bernli”yə qalib gəlib, “Vulverhempton” və “Brayton” heç-heçə edib – VİDEO

İngiltərə Premyer Liqasının 7-ci turunda iki qarşılaşma başa çatıb.

İdman.biz xəbər verir ki, Birmingemdə keçirilən oyunda “Aston Villa” öz meydanında “Bernli”ni” 2:1 hesabı ilə məğlub edib.

Ev sahiblərinin hücumçusu Doniyel Malen 25 və 63-cü dəqiqələrdə fərqlənərək dubl edib. Qonaqlardan Lesli Uqoçukwu 78-ci dəqiqədə hesabı azaltsa da, bu, “Bernli”ni xilas etməyə kifayət etməyib.

Digər oyunda isə “Vulverhempton” və “Brayton and Hov Albion” komandaları 1:1 hesablı bərabərliklə kifayətləniblər.

21-ci dəqiqədə Bart Verbrüqqenin avtoqolu meydan sahiblərinə üstünlük qazandırsa da, Yan-Paul van Hekke 86-cı dəqiqədə tarazlığı bərpa edib.

İdman.Biz