“Everton” “Kristal Pelas” üzərində qələbə qazandı - VİDEO

Xəbərlər
5 Oktyabr 2025 19:54
28
“Everton” “Kristal Pelas” üzərində qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasının 7-ci turunda “Everton” doğma meydanda “Kristal Pelas”ı 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, Liverpulda yerləşən “Hill Dickinson” stadionunda keçirilən oyunda hesabı 37-ci dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Daniel Munyos açıb.

Ona ötürməni İsmaila Sarr verib. 76-cı dəqiqədə “Everton”un hücumçusu İliman Ndiaye penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Qələbə qolunu isə meydan sahiblərinə 90+3-cü dəqiqədə yarımmüdafiəçi Cek Qriliş qazandırıb.

Bu nəticə ilə “Kristal Pelas”ın bütün turnirlərdə davam edən 19 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb.

“Everton” 7 turdan sonra 11 xalla turnir cədvəlinin 7-ci pilləsində, 12 xala malik “Crystal Palace” isə 5-ci yerdə qərarlaşıb. Turnirin lideri isə 16 xalla “Arsenal” komandasıdır.

İdman.biz