Azər Bağırovun “Kəpəz”də alacağı maaş bilindi

Xəbərlər
4 Oktyabr 2025 16:28
42
Azər Bağırovun “Kəpəz”də alacağı maaş bilindi

“Kəpəz”in baş məşqçisi təyin olunan Azər Bağırovun aldığı maaş bəlli olub.

İdman.biz sport24.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis aylıq 9000 manat məvacibə razılaşıb.

Gəncə təmsilçisinin sabiq baş məşqçisi Adil Şükürov da eyni məvacibə işləyib.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının ilk altı oyununda məğlub olub. “Sarı-göylər” bu gün saat 17:00-da səfərdə “Qarabağ”la üz-üzə gələcək.

İdman.biz