“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Çempionlar Liqasında komandanın uğurlu startı barədə fikirlərini bölüşüb.
İdman.biz championat.com-a istinadla xəbər verir ki, o, bu barədə müsahibəsi zamanı danışıb.
Çempionlar Liqasında qələbələrimiz üçün uca Allaha şükür edirik. Xalqımız bu sevincə tam layiqdir. Azərbaycanda hər kəs “Qarabağ”ın turnirdə belə uğurlu startına sevinir. Bu, ölkədə sözün əsl mənasında futbol “partlayışı”dır! Amma şəxsən mənim Çempionlar Liqasında oynamaqla bağlı xüsusi bir arzum olmayıb. Mən sadəcə öz işimi görürəm, necə ki, bütün komandamız da öz işini görür”, - deyə Şahruddin qeyd edibş
Məhəmmədəliyev həmçinin komandanın Çempionlar Liqasında Qazaxıstanın “Kayrat” klubunun çıxışını da izlədiyini söyləyib:
“Əlbəttə, biz Çempionlar Liqasında “Kayrat”ı izləyirik və ona azarkeşlik edirik”.