“Qarabağ”ın legioneri klubdan ayrılacaq?

Xəbərlər
4 Oktyabr 2025 12:32
41
“Qarabağ”ın legioneri klubdan ayrılacaq?

“Qarabağ”ın qapıçısı Fabian Buntiç klubdan ayrılmaq barədə düşünür.

İdman.biz sport24.az-a istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı qolkiperin cari mövsüm az forma şansı əldə etməsidir.

O, 2025/2026 mövsümündə yalnız bir matçda iştirak edib. Buntiç İrlandiyada “Şelbrun”a qalib gəldikləri (3:0) UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda 90 dəqiqə meydanda olub. Maraqlıdır ki, bundan sonra, Bakıdakı cavab qarşılaşmasında polşalı Mateuş Koxalski start “11-lik”də yer alıb və demək olar ki, “köhlən atlar”ın əvəzolunmaz qapıçısına çevrilib.

“Qarabağ”ın digər çərçivə qoruyucusu, Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev isə cari mövsüm cəmi iki rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, Fabian Buntiç 2024-cü ildə Portuqaliyanın “Vizela” klubundan heyətə cəlb olunub.

İdman.biz