Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.
İdman.biz xəbər verir ki, turun ilk günündə ikinci qarşılaşma Bakıda keçiriləcək.
“Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. 6 turdan sonra “qartallar” turnir cədvəlində 12 xalla 2-ci, “ağ-qaralar” 7 xalla 8-ci pillədə yer alıb.
Misli Premyer Liqası
VII tur
3 oktyabr
19:30. “Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 4 və 5-də keçiriləcək.