Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov zədələnib.
İdman.biz Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun hücumçusu Regionliqanın 10-cu turunda “Altqliniçke” ilə görüşdə sıradan çıxıb.
Belə ki, o, 34-cü doğum gününə bir gün qalmış baş tutan matçın 50-ci dəqiqəsində dizindən xəsarət alaraq əvəzlənməli olub. Baş məşqçi Dennis Kutrieb zədənin ciddi olmasından ehtiyatlandıqlarını açıqlayıb.
Forvard bu gün tibbi müayindən keçəcək. Yalnız ondan sonra zədənin durumu barədə açıqlama veriləcək.
Qeyd edək ki, ilk 10 turda 9 xal toplayan “Dinamo” 14-cü pillədə qərarlaşıb. Rüfət Dadaşov cari mövsüm çempionatda 2 qolla yadda qalıb.