İtaliya A Seriyasının V turunda “Roma” doğma meydanda “Verona” ilə qarşılaşıb.
İdman.biz xəbər verir ki, “Olimpiko” stadionunda keçirilən görüşü baş hakim Ermanno Felicianinin rəhbərlik etdiyi briqada idarə edib.
Matç paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 8-ci dəqiqəsində “Roma”nın hücumçusu Artyom Dovbik hesabı açıb. İkinci hissənin 79-cu dəqiqəsində isə Matias Soule fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbədən sonra “Roma” xallarını 12-yə yüksəldərək A Seriyasının turnir cədvəlində ikinci pilləyə qalxıb. “Verona” isə beş oyundan sonra üç xalla 16-cı yerdə qərarlaşıb.