“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

20 Oktyabr 2026 16:24
92
“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz apasport.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Dileyn Açimini rənglərinə bağlamaq üzrədir.

“Sarı-göylər” “Gəncəbasar”ın hücumçusu ilə yaxından maraqlanır.

Tərəflərin ilkin şərtlərdə razılığa da gəldiyi bildirilir. Transferin qış dönəmində rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Açimi hazırda doqquz qolla Birinci Liqada ən məhsuldar futbolçudur.

İdman.Biz