“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

20 Oktyabr 2026 15:27
117
“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

“Hazırda “Sabah” ideal formadadır. İnanırıq ki, komandamız ölkəmizi layiqincə təmsil edib azarkeşləri sevindirəcək”.

Bunu “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah keçiriləcək “Sabah” - “Borussiya Dortmund” oyunu barədə danışıb.

2010-cu ildə “Qarabağ”ın heyətində Almaniya klubuna qarşı hər iki matçda meydana çıxan sabiq hücumçu “Sabah”dan uğurlu nəticə gözlədiyini bildirib.

“Bu il Çempionlar Liqasında “Sabah” çox yaxşı təsir bağışlayır. İkinci oyunda vacib qələbə qazandılar. Dortmund təmsilçisi ilə qarşılaşmada da onlardan uğurlu nəticə gözləyirik”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Rauf Əliyev 2010-cu ildə avrokuboklarda “Borussiya Dortmund”a qarşı oynadığı matçları da xatırlayıb:

“Borussiya” dünya səviyyəsində populyar, top klublardan biridir. Onlara qarşı oynamaq möhtəşəm hiss idi. Həmin dövrdə rəqibin heyətində çox güclü futbolçular vardı. “Qarabağ”ın da heyətində isə azərbaycanlı futbolçular üstünlük təşkil edirdi. Hər iki oyunda da çalışmışdıq ki, yaxşı mübarizə aparaq”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı saat 20:45-də start götürəcək.

İdman.Biz