“İnter Miami” və Messi yeni müqavilə ilə bağlı razılığa gəldi

Xəbərlər
28 Sentyabr 2025 13:56
39
“İnter Miami” və Messi yeni müqavilə ilə bağlı razılığa gəldi

“İnter Miami”nin kapitanı Lionel Messi klubla yeni müqavilənin bütün şərtləri üzrə razılığa gəlib.

İdman.biz xəbər verir lo, bu barədə tanınmış jurnalist Nikolo Skira bildirib.

38 yaşlı hücumçunun hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu, lakin tərəflər onun müddətinin uzadılması ilə bağlı anlaşıblar.

Qeyd edək ki, bundan əvvəl bildirilirdi ki, Messi 2026-cı il dünya çempionatı və "2028 Copa América"da iştirak etmək üçün 2028-ci ilə qədər “İnter Miami”nin heyətində qalmaq istəyir. Ulduz futbolçu bu müddət ərzində oyun formasını qorumağı hədəfləyir.

İdman.biz