Universiada: şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib - YENİLƏNİB/FOTO

Xəbərlər
20 İyul 2025 16:25
94
Universiada: şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib  - YENİLƏNİB/FOTO

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə yarışlar davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda komanda yarışlarına start verilib.

****
13:37

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, kişilərdən ibarət sablya yığmamız Yaponiya seçməsinə 32:45 hesabı ilə uduzub.

Növbəti mərhələdə sablyaçılarımız 5-8-ci yerlər uğrunda mübarizə aparacaqlar. Qadınlardan ibarət şpaqa yığmamız isə 20 komanda arasında 14-cü olub.

****
12:49

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nazilə Rəhimova, Aynur Quliyeva və Xədicə Həsənlidən ibarət şpaqa üzrə yığmamız növbəti mərhələdə Ukrayna seçməsinə 28:45 hesabı ilə uduzub.

Kişilərdən ibarət sablya üzrə komandamız Yaponiya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

****
12:39

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə komandamız gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə Qazaxıstan millisinə 45:44 hesabı ilə qalib gəlib.

Yığmamız ən güclü "səkkizlik"də Yaponiya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qadınlardan ibarət komandamız növbəti mərhələdə Ukrayna seçmə ilə görüşəcək.

****

11:42

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Nazilə Rəhimova, Aynur Quliyeva və Xədicə Həsənlidən ibarət heyət Səudiyyə Ərəbistanı yığmasına 45:36 hesabı ilə qalib gələrək ən güclü "16-lığ"a yüksəlib.

Komandamız növbəti mərhələdə Ukrayna seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:10-da başlayacaq.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə komandamız isə Bakı vaxtı ilə saat 12:00-da Qazaxıstan millisi ilə üz-üzə gələcək.

Zəki Feyzullayev
İdman.biz